Bakı. Trend:
5 mart 2026-cı il tarixində Qazaxıstan Respublikasının xariciişlər naziri Yermek Koşerbayev Azərbaycan Respublikasının xariciişlər naziri Ceyhun Bayramova zəng vurub.
Bu barədə Trend-ə Xarici İşlər Nazirliyindən məklumatverilib.
Bildirilib ki, nazir Ceyhun Bayramov 5 mart tarixində mülkiinfrastruktur və şəxslərə zərərlə müşayiət olunan İran İslamRespublikası tərəfindən Azərbaycan Respublikasının Naxçıvan MuxtarRespublikası ərazisinə qarşı dronla həyata keçirilmiş hücumlarınsuverenliyimizə və ərazi bütövlüyümüzə zidd olduğunuvurğulayıb.
İran İslam Respublikasından qeyd olunan məsələyə aydınlıqgətirilməsini, izahat verilməsini, üzrxahlıq edilməsini, bu kimihalların təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlərgörülməsini tələb etdiyimiz Qazaxıstan tərəfinin diqqətinəçatdırıb.
Qazaxıstan naziri bu hücumlardan dərin narahatlıq ifadə edib,vəziyyətin daha da gərginləşməyəcəyinə ümidvar olduğunubildirib.
Qeyd edək ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına dronhücumu olub. İran ərazisindən uçan dron aeroportun binasına vəBabək rayon Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərəkpartlayıb.
Hadisə nəticəsində 4 mülki şəxs xəsarət alıb. Azərbaycan Xariciİşlər Nazirliyinin hadisə ilə bağlı bəyanat yayaraq İran İslamRespublikası tərəfindən qısa müddət ərzində qeyd olunan məsələyəaydınlıq gətirilməsini, buna izahat verməsini və bu kimi hallarıngələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlərgörməyi tələb edib.
İran İslam Respublikasının Azərbaycan Respublikasındakıfövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmiçilu Xarici İşlərNazirliyinə çağırılıb. İran tərəfinə kəskin etiraz bildirilib.