AZ

“Bunun bir adı var: Namərdlik!”

“İranın Naxçıvan Hava Limanına dron zərbələri endirməsinin yalnız bir adı var: Namərdlik!”

Bunu Moderator.az-a açıqlamasında millət vəkili Elman Məmmədov bildirib. Millət vəkili qeyd edib ki, baş verənlər İranın ölkəmizə qarşı qərəzli münasibətinin göstəricisidir:

“Azərbaycan İran İslam Respublikasına qarşı səmimi olaraq mehriban qonşuluq siyasəti yürüdüb. Lakin İran heç vaxt ölkəmizə qarşı münasibətdə eyni səmimilik nümayiş etdirməyib. Bizə münasibətdə düşmən mövqeyi sərgiləyib, işğal dönəmində belə Ermənistanla əməkdaşlıq ediblər.

Azərbaycan ərazisində nə İsrailin, nə də ABŞ-ın bir bazası və ya bir əsgəri yoxdur. Ölkəmiz ABŞ-İsrail koalisiyasının İrana qarşı mübarizəsində heç vaxt heç bir formada yer almayıb. Amma İran bizim hava limanına dron zərbələri endirir, Azərbaycana hücum edir.

Cənab Prezidentimiz İranın ölkəmizdəki səfirliyinə gedib. İranın dini lideri və mülki insanların həlak olması ilə bağlı öz kədərini bldirib, başsağlığı verib. Lakin İran bizə qarşı düşmən mövqeyindən çıxış edir. Bu gün İran televiziyaları məlumat yayır ki, guya İsrailin qırıcı təyyarələri Naxçıvan Hava Limanından qalxıb Ərdəbili və digər şəhərləri bombalayıblar. Bunlar böhtan xarakterli məlumatlardır.

İran ABŞ-İsrail hücvumuna məruz qaldığı halda, belə bir situasiyda Azərbaycana qarşı düşmənçiik mövqeyindən əl çəkmir. İranın bu addımı yolverilməzdir və Azərbaycan Respubliaksının Prezidenti də, digər dövlət qurumları da baş verənlərə öz etirazını bildiriblər.

İran etdiyi əmələ görə cavab verməli, ölkəmizə qarşı təxribatlara son qoymalıdır. Biz isə ayıq-sayıqlığımızı qorumalı, hər cür gözlənilməzliyə hazır olmalıyıq”.

Seymur ƏLİYEV

 

Seçilən
26
1
moderator.az

2Mənbələr