Bu gün Bakıvaxtı.az xəbər portalının fəaliyyətə başlamasından 5 il ötür.2021-ci ildən fəaliyyətə başlayan portal bu müddət ərzində ölkədə və dünyada baş verən hadisələri operativ şəkildə oxuculara çatdıraraq media məkanında özünəməxsus yer tutmağı bacarıb. Müxtəlif sahələri əhatə edən xəbərlər, analitik yazılar və müsahibələrlə qısa zamanda geniş oxucu auditoriyası qazanıb. Metbuat.az kollektivi olaraq Bakıvaxtı.az portalının rəhbərliyini və əməkdaşlarını fəaliyyətlərinin 5 illiyi münasibətilə təbrik edir, onlara yaradıcılıq uğurları və gələcək fəaliyyətlərində yeni nailiyyətlər arzulayııq. Sevinc İbrahimzadə / Metbuat.az