AZ

İran Naxçıvanı vurmaqla regionda gərginliyi artırır

Bu gün İran İslam Respublikası ərazisindən Naxçıvan istiqamətində həyata keçirilmiş dron hücumu ciddi narahatlıq doğuran hadisədir və qətiyyətlə pislənilməlidir. Azərbaycan ərazisində mülki infrastruktura qarşı belə bir addımın atılması beynəlxalq hüququn norma və prinsiplərinə ziddir və regionda gərginliyin artmasına xidmət edir.

Publika.az xəbər verir ki, bu sözləri millət vəkili Fatma Yıldırım bildirib.

O qeyd edib ki, İran tərəfi bu məsələyə qısa müddət ərzində aydınlıq gətirməli, baş vermiş insidentlə bağlı izahat verməli və gələcəkdə bu kimi halların təkrarlanmaması üçün zəruri tədbirlər görməlidir.

"Mülki obyektlərin, xüsusilə də vətəndaşların istifadə etdiyi infrastrukturun hədəfə alınması qəbuledilməzdir və belə addımlar təhlükəsizlik mühitinə mənfi təsir göstərir. Azərbaycan hər zaman regionda qonşuluq və qarşılıqlı hörmət prinsiplərinə sadiq qalıb. Ölkəmizin ərazisi heç vaxt İran və ümumilikdə heç bir dövlət üçün təhlükə mənbəyi olmayıb. Əksinə, Azərbaycan çətin məqamlarda da humanist mövqe nümayiş etdirərək qonşularına dəstək göstərib. Bunun nümunəsi olaraq, İranın ali dini liderinin vəfatı ilə bağlı Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən dərhal başsağlığının verilməsi və İran səfirliyinin ziyarət edilməsi xüsusi qeyd olunmalıdır.

Seçilən
20
publika.az

1Mənbələr