AZ

Küveyt XİN Azərbaycanın İran tərəfindən hədəfə alınmasını pisləyib

Bakı. Trend:

Küveyt Dövləti İranın Türkiyə Respublikasını və AzərbaycanRespublikasını hədəf almasını qətiyyətlə pisləyib və bunu sərtşəkildə qınayıb.

Trend xəbərverir ki, bu barədə Küveyt Xarici İşlər Nazirliyi bəyanatyayıb.

Bildirilib ki, Küveyt XİN bu cür cəhdləri beynəlxalq qanunlarınvə BMT nizamnaməsinin açıq şəkildə pozulması hesab edir.

Nazirlik həmçinin Küveyt Dövlətinin Türkiyə Respublikası vəAzərbaycan Respublikası ilə tam həmrəy olduğunu vurğulayıb vəonların suverenliyini, təhlükəsizliyini və sabitliyini qorumaq üçüngördükləri bütün tədbirləri dəstəklədiyini bildirib.

Qeyd edək ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına dronhücumu olub. İran ərazisindən uçan dron aeroportun binasına vəBabək rayon Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərəkpartlayıb.

Hadisə nəticəsində 4 mülki şəxs xəsarət alıb. Azərbaycan Xariciİşlər Nazirliyinin hadisə ilə bağlı bəyanat yayaraq İran İslamRespublikası tərəfindən qısa müddət ərzində qeyd olunan məsələyəaydınlıq gətirilməsini, buna izahat verməsini və bu kimi hallarıngələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlərgörməyi tələb edib.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakıfövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmiçilu Xarici İşlərNazirliyinə çağırılıb. İran tərəfinə kəskin etiraz bildirilib.

Məqalədə:
Seçilən
42
11
az.trend.az

10Mənbələr