AZ

Çingiz Hüseynzadə: Azərbaycan idmanı çox böyük inkişaf yolu keçib

Bakı, 5 mart, AZƏRTAC

Bu gün Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günüdür. Bu münasibətlə Azərbaycan idmançılarını və idmansevərləri təbrik edirəm. Bu bayram günü təsis olunandan bəri Azərbaycan idmanı çox böyük inkişaf yolu keçib.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə Bədən Tərbiyəsi və İdman Gününə həsr olunmuş brifinqdə deyib.

O xatırladıb ki, 1995-ci il martın 5-də Ulu Öndər Heydər Əliyevin Azərbaycan idmançıları ilə görüşüb, onlara mükafatlar təqdim etdi. Bununla da Azərbaycan idmançılarını təltifetmə ənənəsi formalaşdı. Prezident İlham Əliyev isə həmin günü əlamət gün kimi təsdiq etdi.

Seçilən
20
2
azertag.az

3Mənbələr