AZ

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası olub

Bakı, 5 mart, AZƏRTAC

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

Məhkəmənin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, iclasda Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Cinayət Məcəlləsinin 79.1-ci maddəsinin Konstitusiyanın 25, 71 və 149-cu maddələrinə uyğunluğunun yoxlanılmasına dair İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) sorğusuna baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad qəbul edilib.

Sorğuya mahiyyəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun aprelin 1-nə təyin olunmuş iclasında baxılacaq.

Seçilən
17
3
azertag.az

10Mənbələr