AZ

Nasizmi müdafiə edən erməni bloqerə 4,5 il HƏBS CƏZASI VERİLDİ

Arsen Markaryan 4,5 il müddətinə azadlıqdan məhrum edilib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Moskva Şəhər Məhkəməsi tanınmış bloqer Arsen Markaryan barəsində hökm çıxarıb. O, nasizmin reabilitasiyasında təqsirli bilinərək 4,5 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə həmçinin ona 4 il müddətinə internetdən istifadə etməyi qadağan edib.

İstintaq müəyyən edib ki, bloqer SSRİ qəhrəmanı Aleksandr Matrosovu təhqir edərək qanunsuz hərəkətlərə yol verib.

Markaryan əvvəlcə günahını inkar edərək sözügedən kanalın ona məxsus olmadığını və videonun çəkildiyi vaxt depressiyada olduğunu iddia edirdi. Lakin sonda o, təqsirini tam etiraf edib və məhkəmədən işə xüsusi qaydada baxılmasını xahiş edib.

İki azyaşlı qız övladının olduğunu xatırladan bloqer son sözündə peşmançılığını ifadə edib:

“Hisslərinə toxunduğum hər kəsdən üzr istəyirəm. Səhv etmişəm və buna görə utanıram. Bu, mənə ömürlük dərs oldu. Artıq cəmiyyət üçün faydalı bir insan olmaq istəyirəm”.

Qeyd edək ki, Arsen Markaryan ötən ilin avqust ayında Kubinka şəhəri yaxınlığında saxlanılıb.

O, hüquq-mühafizə orqanlarından gizlənmək və Belarusa keçmək üçün avtomobilin baqajında gizlənmişdi.

Xuraman Etibarlı

İnterpress.az

Alternativ başlıqlar:

Seçilən
145
interpress.az

1Mənbələr