AZ

Fransa Birləşmiş Ərəb Əmirliklərinə daha altı “Rafale” qırıcısı göndərib

Bakı, 5 mart, AZƏRTAC

Fransa Birləşmiş Ərəb Əmirliklərinə əlavə olaraq altı “Rafale” qırıcı təyyarəsi göndərib.

AZƏRTAC xəbər verir ki, “RTL” yayım şirkəti bu barədə Fransanın müdafiə naziri Katrin Votrenə istinadla məlumat yayıb. “Razılaşmanın bir hissəsi olaraq, artıq Birləşmiş Ərəb Əmirliklərinə “Rafale” təyyarəsi göndərmişdik, indi isə daha altı qırıcı göndərdik və onlar artıq təyinat nöqtəsinə çatıb”, - deyə nazir bildirib.

Katrin Votren, həmçinin vurğulayıb ki, Fransanın son günlər yaranan vəziyyətlə bağlı regiona qoşun yerləşdirilməsi müzakirə mövzusu deyil və Parisin Yaxın Şərq münaqişəsindəki mövqeyi “ciddi müdafiə xarakteri daşıyır”.

 

Seçilən
15
1
azertag.az

2Mənbələr