AZ

İran tərəfinin Naxçıvanı hədəf alması düşmən niyyətin bariz nümunəsidir



İrana qarşı hərbi əməliyyatlar başlayan kimi teokratik rejim qonşu ərəb dövlətlərini hədəf almağa başladı və bunu həmin ölkələrdəki ABŞ hərbi bazalarının varlığı ilə əlaqələndirdi. Aydındır ki, tip ritorika ilk növbədə İranın özünə fayda vermir. Çünki okeanın o tərifindən bura müharibə üçün gələn bir qüvvəni inandırdı deyil ki hər hansı bir region ölkəsinin mülki infrastrukturunun hədəf alınması kimi situasiya maraqlandırsın.
İndi isə cənub qonşumuz ölkəmiz istiqamətində provokatif addımlar atır. Naxçıvanın hədəf alınması heçdə təsadüfi bir hadisə deyil. Yəni, burada istifadə olunan dronlarla bağlı texniki nasazlıq kimi arqumentlərin səsləndirilməsi reallığı əks etdirmir. Ümumiyyətlə, hərbi əməliyyatlar başlayandan bəri İran media resurslarında Azərbaycanı İsrailə neft məhsulları satmaqda ittiham edən bir çox çıxışlara rast gəlinir. Belə bir şəraitdə, İran daxilində, ordu və hakimiyyət qanadındakı boşluqlar bu hadisənin hansısa qüvvələr tərəfindən planlı şəkildə həyata keçirildiyi iddiasını gücləndirir. Aydındır ki, istər İran daxilində, istərsə də xarici qüvvələr arasında( hansı ki, onlar məhz Azərbaycan və Türkiyənin bu prosesə cəlb edilməsində maraqlıdır) xüsusi fəallıq nümayiş etdirəcəklər.
Təbii ki, mahiyyət nə olursa olsun bizim suverenliyimiz toxunulmazdır və Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinin bəyanatları bu qətiyyəti özündə əks etdirir. Azərbaycan heç vaxt İrana qarşı hərbi ritorikanın içində yer almayıb. Azərbaycan ərazisindən plasdarm kimi istifadə edilməyəcəyini dəfələrlə bəyan edib Hətta münasibətlərin ən gərgin olduğu zamanlarda belə rəsmi Bakı səbirlə, təmkinlə davranıb.
Ən son olaraq cənab Prezident İlham Əliyevin İran səfirliyinə gedərək öz başsağlığını çatdırması ölkəmizin hansı mövqedə qərarlaşdığının göstəricisidir. Belə olduğu təqdirdə, İran tərəfinin Naxçıvanı hədəf alması düşmən niyyətin bariz nümunəsidir.

Pərviz Mirizadə, siyasi şərhçi
Seçilən
99
newscenter.az

1Mənbələr