AZ

"İranın Naxçıvana hücumu nankorluqdur" - Deputatdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, İran martın 5-də Naxçıvan Muxtar Respublikası ərazisinə dronla hücum edib. Dronlardan biri Naxçıvan aeroportuna, digəri isə Şəkərabad kəndində məktəbin yaxınlığına düşüb.

 

Mövzu ilə bağlı Missiya.Az-a açıqlama verən deputat Hikmət Babaoğlu bildirib ki, İranın Naxçıvana hücumu qətiyyətlə pislənir:

"Uzun illər ərzində Azərbaycan dövləti İran müxtəlif məhdudiyyətlərə və sanksiyalara məruz qaldıqda həmişə onun yanında olub, çətin vaxtlarında dəstək göstərib. Azərbaycan öz ərazisini heç vaxt başqa üçüncü qüvvələrin İrana qarşı istifadə etməsinə imkan verməyib. Bütün bunlara baxmayaraq, İranın bu hərəkəti nankorluq kimi qiymətləndirilir,- o qeyd edib.

Deputatın sözlərinə görə, Azərbaycanın İrana qarşı mövqeyi isə daima obyektiv və dostcasına olub. Uzun illərdir ki, İranda yaşayan soydaşlarımız, mədəniyyətimiz, dilimiz, tariximiz müxtəlif təhdid və məhdudiyyətlərə məruz qalır, mədəni irsimiz sıxışdırılır və təhrif olunur. İranın son addımı isə onun Azərbaycana münasibətdə əsl simasını göstərir. Belə hərəkətlər cavabsız qalmayacaq. Azərbaycan cavab vermək gücünə və adekvat siyasi qətiyyətə malikdir. Ona görə də məsələ dərhal aydınlaşdırılmalı və qaneedici izahat verilməlidir"- deyə Hikmət Babaoğlu əlavə edib. 

Seyranə QuliyevaMissiya.Az

Seçilən
113
missiya.az

1Mənbələr