"Fənərbaxça"nın baş məşqçisi Domeniko Tedeskonun müalicələri davam edir.
Offsideplus.az "NTV Spor"a istinadən xəbər verir ki, italiyalı mütəxəssis ağır infeksiya keçirdiyi üçün son iki matçda komandasını tək buraxmalı olub.
Tedeskonun "Antalyaspor" matçından öncə həkimlərə “Məni mütləq oyuna çıxarın” dediyi bildirilir. Məşqçinin israrına baxmayaraq klubun həkimləri buna qəti şəkildə icazə verməyib.
Qeyd edək ki, Domeniko Tedesko 2025-ci ilin sentyabrından bəri "Fənərbağça"nın baş məşqçisidir.