AZ

İranın Naxçıvana dron hücumu qəbuledilməzdir



"Türkiyənin ardınca Azərbaycanın da İran tərəfindən hədəfə alınması fars-molla rejiminin qeyri-dost və riyakar davranışının təzahürüdür. Baxmayaraq ki, Azərbaycan hər zaman ölkə ərazisindən hər hansı bir dövlətə, o cümlədən İrana qarşı hansısa formada istifadə edilməsinə qarşı çıxıb və bunu əh yüksək səviyyələrdə bəyan edib və bu gün də eyni mövqedə qalır. Ancaq İran tərəfi bütün bunların qarşılığında Azərbaycana qarşı qeyri-dost davranış nümayiş etdirir və mülki obyektlərə dron hücumu həyata keçirir".

Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İlham Məmmədov deyib. O bildirib ki. İranın Naxçıvan Hava Limanına dron hücumu təşkil etməsi qəbuledilməzdir və Tehran qısa müddətdə bu hadisəyə aydınlıq gətirib Azərbaycan tərəfindən üzr istəməlidir:

"Çünki nə Türkiyə, nə də Azərbaycan ərazisindən İrana qarşı hansısa hücum əməliyyatı keçirilir. Ona görə də İranın bu addımı açıq-aşkar təxribat, Azərbaycanı da savaşa cəlb etmək istəyidir".
Seçilən
114
newscenter.az

1Mənbələr