AZ

Ölkənin təhlükəsizliyinə və vətəndaşlarının həyatına yönəlmiş təhdidlər cavabsız qalmayacaq – Elçin Mirzəbəyli

Bakı. Trend:

İran Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Naxçıvan MuxtarRespublikasının ərazisinə dron zərbəsinin endirilməsi təkcə hərbiinsident kimi deyil, həm də regionda uzun illər formalaşmışqonşuluq münasibətlərinə qarşı açıq hörmətsizlik kimiqiymətləndirilməlidir. Bu addım İranın teokratik rejiminin nə qədərriyakar və nankor olduğunu bir daha ortaya qoyur. Çünki Azərbaycandövləti tarix boyu İranla münasibətlərində qarşıdurma yolunu deyil,qarşılıqlı hörmət və mehriban qonşuluq prinsipini əsas götürüb.

Bu fikirləri Trend-ə açıqlamasında Milli MəclisinBeynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsininüzvü, deputat Elçin Mirzəbəyli deyib.

Millət vəkili vurğulayıb ki, Azərbaycanın xarici siyasətininəsas istiqamətlərindən biri həmişə qonşu dövlətlərlə sabit vəqarşılıqlı faydalı münasibətlərin qurulması olub:

“Azərbaycanın ərazisindən nə İran üçün, nə də başqa hər hansıdövlət üçün heç vaxt təhlükə yaradılmayıb. Əksinə, rəsmi Bakı daimregionda sabitliyin qorunmasına töhfə verən addımlar atıb və qonşuölkələrin daxili işlərinə qarışmamaq prinsipinə sadiq qalıb. Bu,Azərbaycanın beynəlxalq hüquqa və dövlətlərarası münasibətlərinfundamental prinsiplərinə bağlılığının aydın göstəricisidir”.

Deputatın sözlərinə görə, bütün bunlara baxmayaraq, İrantərəfinin Naxçıvan ərazisində mülki infrastrukturu, xüsusilə dəmülki vətəndaşların istifadə etdiyi hava limanını hədəfə almasıciddi suallar doğurur:

“Belə bir hücum nə hərbi zərurətlə, nə də təhlükəsizlikarqumentləri ilə əsaslandırıla bilər. Mülki infrastruktura qarşıdron hücumu beynəlxalq humanitar hüquq baxımından qəbuledilməzdirvə bu cür addımlar açıq şəkildə terror aktı kimiqiymətləndirilməlidir. Dinc sakinlərin istifadə etdiyi obyektlərinhədəf alınması, ilk növbədə, mülki əhaliyə qarşı yönəlmiş təhlükəlivə qeyri-insani davranışın göstəricisidir”.

E.Mirzəbəyli əlavə edib ki, bu hadisə İranın niyə məhzNaxçıvan Hava Limanını hədəf seçdiyi sualını da gündəməgətirir:

“Məlum olduğu kimi, Azərbaycanın əsas hissəsi ilə NaxçıvanMuxtar Respublikası arasında quru əlaqəsi uzun illərdir blokadaşəraitindədir. Bu blokadanın əsas səbəblərindən biri Ermənistanınregionda həyata keçirdiyi işğal və təcrid siyasəti olub və busiyasət uzun müddət müxtəlif regional aktorlar tərəfindən dolayısıilə dəstəklənib. Nəticədə Naxçıvanla Azərbaycanın digər bölgələriarasında ən sabit və operativ əlaqə məhz hava nəqliyyatı vasitəsilətəmin olunur. Deməli, hava limanının hədəfə alınması Azərbaycanınəsas hissəsi ilə Naxçıvan arasında həyati əhəmiyyət daşıyankommunikasiya xəttini iflic etmək və bölgəni təcrid vəziyyətinəsalmaq cəhdi kimi qiymətləndirilməlidir.

Bu taktika region üçün yeni deyil. 1990-cı illərdə ErmənistanAzərbaycan ərazilərini işğal etdiyi dövrdə də eyni strategiyadanistifadə etmiş, nəqliyyat və kommunikasiya xətlərini hədəfə almaqlaölkəni iqtisadi və logistik təzyiq altında saxlamağa çalışmışdı. Bubaxımdan İranın belə bir üsula əl atması regionda daha əvvəl tətbiqedilmiş blokada və təcrid siyasətinin təkrarı kimi görünür”.

Milli Məclisin üzvü bildirib ki, mülki infrastruktura dronhücumu təşkil etmək hərbi güc nümayişi deyil:

“Əksinə, bu cür addımlar siyasi və hərbi acizliyin, eyni zamandaqorxaqlığın açıq göstəricisidir. Hərbi üstünlüyə malik dövlətlərmülki obyektləri hədəf almır. Mülki hava limanının vurulması isəgöstərir ki, məqsəd hərbi nəticə əldə etmək deyil, psixoloji təzyiqyaratmaq və sabitliyi pozmaqdır.

Tarix isə göstərir ki, Azərbaycana qarşı aqressiv addımlar atanqüvvələr sonda öz səhvlərinin ağır nəticələri ilə üzləşiblər.Azərbaycan dövlətinin suverenliyinə və təhlükəsizliyinə qarşıyönəlmiş hər hansı təhdid gec-tez adekvat cavabını alıb və buaddımları atan tərəflər bundan peşman olublar”.

“Rəsmi Bakı beynəlxalq hüquqa, dövlətlərin ərazi bütövlüyünə vəmehriban qonşuluq prinsiplərinə sadiq qalmaqda davam edir. Lakin buo demək deyil ki, ölkənin təhlükəsizliyinə və vətəndaşlarınınhəyatına yönəlmiş təhdidlər cavabsız qalacaq.

Regionda sülh və sabitliyin yolu qarşıdurmadan deyil, qarşılıqlıhörmət və məsuliyyətli siyasətdən keçir. “Molla rejimi” bunu nəqədər tez anlasa, bir o qədər yaxşı olar”, - deyə o fikriniyekunlaşdırıb.

Seçilən
131
1
az.trend.az

2Mənbələr