ain.az, Azertag portalına istinadən məlumat yayır.
Berlin, 5 mart, AZƏRTAC
Almaniya hökuməti Körfəz regionunda qalmış vətəndaşlarının ilk qrupunu təxliyə edib.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, xüsusilə həssas durumda olan vətəndaşları daşıyan “Lufthansa” təyyarəsi səhər saatlarında Frankfurt aeroportuna eniş edib. Təyyarə Omanın paytaxtı Maskat şəhərindən yola düşüb.
Almaniyanın xarici işlər naziri Yohan Vadeful ilk təxliyə reysində xüsusilə həssas qruplara - hamilə qadınlara, xəstələrə və uşaqlara üstünlük verildiyini açıqlayıb. İlk reyslə neçə nəfərin gətirildiyi barədə məlumat verilməyib.
Almaniya hökuməti bu gün və sabah daha iki təxliyə reysinin həyata keçiriləcəyini açıqlayıb. Bundan əlavə, bəzi aviaşirkətlər xüsusi uçuşlar təşkil edir. Almaniyalı turistlərin ilk qrupu iki gün əvvəl ölkəyə qayıdıb.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.