AZ

Azərbaycan Böyük Britaniya şirkəti ilə kibertəhlükəsizlik üzrə əməkdaşlıq edəcək

Bakı. Trend:

Böyük Britaniyanın "Entrust" şirkəti və "AzInTelecom" arasındaəməkdaşlığa dair memorandum imzalanıb.

Trend xəbərverir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri RəşadNəbiyev "X" hesabında paylaşım edib.

"Böyük Britaniyaya səfər çərçivəsində rəqəmsal identifikasiya,elektron imza, kriptoqrafik həllərin yaradılması üzrə ixtisaslaşmışqlobal texnologiya şirkəti “Entrust”ın nümayəndələri ilə görüşkeçirdik. Görüşdə Azərbaycanın rəqəmsal transformasiya və süniintellekt strategiyası çərçivəsində milli rəqəmsal identifikasiya,elektron imza və kibertəhlükəsizlik infrastrukturunungücləndirilməsi istiqamətində aparılan tədbirlər barədə məlumatverdik və “Entrust” ilə indiyə qədər olan və gələcək əməkdaşlıqperspektivlərini müzakirə etdik. Sonda "Entrust" və "AzInTelecom"arasında əməkdaşlığa dair memorandum imzalandı", - paylaşımda qeydedilib.

Məqalədə:
Seçilən
73
11
az.trend.az

10Mənbələr