AZ

İranın Azərbaycan ərazisinə bu hücumu qeyri-dost addımdır - Deputat

Bakı. Trend:

İrana qarşı hərbi əməliyyatlarda öz ərazisini poliqonaçevirməyən, İranın Ali rəhbərinin ölümü ilə bağlı başsağlığı verənAzərbaycan bu gün İranın dron zərbələrinə məruz qalır.

Bunu Trend-əaçıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyevabildirib.

Onun sözlərinə görə, Türkiyə vurulduğu zaman bu hadisəni şərhedən Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirmişdi ki,“İran özünü itirib, sağa-sola dron atır, özü gedərkən başqalarınıda aparmaq istəyir”:

"Qonşuluqda müharibənin başlamasının regiona və ölkəmizə mümküntəsirləri əvvəldən aydın idi. Azərbaycanın xarici siyasətprioritetlərindən biri də qonşularla normal münasibətlərinqorunması, qonşu ölkələrdə münaqişələrin olmaması və regiondasabitliyin təmin edilməsidir. İranla münasibətlərimiz də bu günəqədər normal olub", - deputat qeyd edib.

Pərvanə Vəliyeva vurğulayıb ki, Naxçıvana dron zərbəsiqətiyyətlə pislənilməlidir.

"Zərbələr nəticəsində vətəndaşlarımız xəsarət alıb. Azərbaycanərazisinə edilən bu hücum qeyri-dost addımdır. Azərbaycan özsərhədləri daxilində baş verən hər hansı hücuma cavab verməkhüququna və gücünə malikdir. Qarşı tərəf rəsmi şəkildə üzr istəməlivə bu kimi addımlara dərhal son qoymalıdır".

Qeyd edək ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına dronhücumu olub. İran ərazisindən uçan dron aeroportun binasına vəBabək rayon Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərəkpartlayıb.

Hadisə nəticəsində 2 mülki şəxs xəsarət alıb. Azərbaycan Xariciİşlər Nazirliyinin hadisə ilə bağlı bəyanat yayaraq İran İslamRespublikası tərəfindən qısa müddət ərzində qeyd olunan məsələyəaydınlıq gətirilməsini, buna izahat verməsini və bu kimi hallarıngələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlərgörməyi tələb edib.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakıfövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmiçilu Xarici İşlərNazirliyinə çağırılıb. İran tərəfinə kəskin etiraz bildirilib.

Seçilən
57
1
az.trend.az

2Mənbələr