Naxçıvana dron hücumu zamanı xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.
Medicina.az xəbərverir ki, bu barədə AZƏRTAC Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
Bildirilib ki, İran ərazisindən həyata keçirilən dron hücumları zamanı xəsarət alan iki nəfərin vəziyyəti stabildir.
Qeyd edək ki, İran İslam Respublikasının ərazisindən Naxçıvan Muxtar Respublikasına bu gün günorta saatlarında dron hücumları həyata keçirilib. Dronlardan biri Muxtar Respublikanın Hava Limanının terminal binasına, digəri isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb.
Xəbəri rus dilində oxuyun: Минздрав Нахчывана о состоянии раненых после атаки Ирана
Hava Limanının binasına zərər dəyib, iki mülki şəxs xəsarət alıb.