AZ

"Müttəfiqlərimizlə məsləhətləşərək addımlarımızı atmalıyıq" -Deputat

"İndi İranda başıpozuq bir vəziyyət var, hər hansı bir şəkildə mərkəzləşmiş idarəetmə demək olar ki, sıradan çıxıb və Tehranın Amerika-İsrail qüvvələri tərəfindən vurulması, mühüm dövlət obyektlərinin məhv edilməsi artıq haradan idarə olunduğunu söyləməyə imkan vermir. Amma bütün hallarda yəqin ki, bu məqsədyönlü şəkildə həyata keçirilib, çünki qonşu dövlətləri də sanki alova bürümə xətti yeridilir".

Bunu Redaktor.az-a açıqlamasında deputat Fazil Mustafa bildirdi.

"İranın son anda belə vəziyyəti dəyişməyə imkanı olsa belə, özlərinin ölümü ilə fanatik bir dindarlıq nümunəsi göstərərək bölgəni də öldürməyə, intihara sürükləməyə niyyətli olduqlarını ortaya qoydular. Ona görə də bu zehniyyətlə, molla beyni ilə idarə olunan dövlətlərin aqibəti həmişə belə olur. Onlarda bir insan həyatı ilə bağlı məsuliyyət olmaz və insani ideologiyaya qurban vermək istəyən bir zehniyyət bütün bölgəni də yandırmağa həvəsli görünür. Ola bilsin ki, bir ölkədə təsadüfi ola bilər, amma bütün ərəb ölkələrinə qarşı bu addımı atmaq, eyni zamanda Türkiyəyə qarşı bu raketləri yönləndirmək və ardınca da Naxçıvana dronları istiqamətləndirmək heç bir halda təsadüfi sayılmır, təsadüfi prosesə oxşamır. Ona görə də biz də bu istiqamətdə təbii ki, müttəfiqlərimizlə məsləhətləşərək addımlarımızı atmalıyıq. İlk öncə biz İrandan gələn cavabları gözləməliyik, çünki bunun cavabı olmalıdır, bunun nə məqsədlə edildiyi aydınlaşdırılmalıdır. Ondan sonra artıq bizim ata biləcəyimiz addımlar daha dəqiqləşəcək", - deyə millət vəkili vurğuladı.

Aytəkin TOFİQQIZI

Seçilən
84
1
redaktor.az

2Mənbələr