AZ

Axına qarşı hərəkət edən sürücü az qala zəncirvari qəza törədəcəkdi VİDEO

Avtosfer saytından alınan məlumata görə, ain.az bildirir.

Paytaxtın Yasamal rayonu, Kənar dairəvi yolda kobud qayda pozan sürücü avtomobilin kamerasına düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə martın 4-də saat 13:33 radələrində qeydə alınıb. Kadrlardan göründüyü kimi, “Chevrolet Nexia” markalı avtomobilin sürücüsü əks istiqamətli yola çıxaraq axına qarşı hərəkət edib. Bu zaman o, qarşı tərəfdən gələn 90-VZ-394 dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobilin sürücüsünə qəza şəraiti yaradıb.

Təhlükə ilə üzləşən “Mercedes”in sürücüsü toqquşmadan yayınmaq üçün sağa manevr etməyə məcbur qalıb. Həmin an görüntünü qeydə alan avtomobil də qəza riski ilə qarşılaşıb. Xoşbəxtlikdən sürücülərin çevik reaksiyası nəticəsində qəza baş verməyib.

Qeyd edək ki, əks istiqamətli hərəkət yalnız yol hərəkəti qaydalarının kobud şəkildə pozulması deyil, eyni zamanda ağır qəzaların baş verməsinə səbəb olan davranışlardan biridir. Belə hallarda sürücülərin manevr imkanları məhdudlaşır və qəza riski bir neçə dəfə artır. Bu səbəbdən sürücülər hərəkət istiqamətini dəyişərkən yol nişanları və nişanlanma xətlərinin tələblərinə mütləq əməl etməlidirlər.

 

Nərmin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
avtosfer.az

1Mənbələr