AZ

İranla müharibə Moldovada qaz böhranına səbəb olub

ain.az, Reyting.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İranla bağlı münaqişə Moldovanın bir hissəsi olan tanınmamış Dnestryanı bölgədə yeni qaz böhranına səbəb olub.

Reyting.az xəbər verir ki, qaz təchizatındakı fasilələr səbəbindən bölgə istilik və elektrik enerjisi çatışmazlığı ilə üzləşir.

Qondarma respublika (PMR) Yaxın Şərqdə İranla münaqişə ilə bağlı hadisələr fonunda qaz təchizatında ciddi fasilələr olduğunu bildirib.

Sözdə “İqtisadi İnkişaf Nazirliyi”nin məlumatına görə, regiondakı vəziyyət qaz təchizatında kritik fasilələrə səbəb olub və mövcud yanacaq təchizatında kəskin azalma ilə müşahidə edilir. Bildirilir ki, çatışmazlıq səbəbindən kommersiya məqsədləri və istilik üçün qazdan istifadəyə məhdudiyyətlər qoyulub.

Moldova parlamentinin spikeri İqor Qrosu qeyd edib ki, regionda cəmi bir neçə günlük qaz ehtiyatı qalıb. Onun sözlərinə görə, Dnestryanı “hakimiyyəti” seçim qarşısındadır: daha baha olsa belə, gündəlik qaz almaq və ya məktəbləri, uşaq bağçalarını və yaşayış binalarını istiliksiz qoymaq.

Sözdə nazirlik xəstəxanaların və uşaq bağçalarının istilik sistemini həmişəki kimi təmin edəcəyinə zəmanət verir. Bu arada, yerli onlayn forumlar artıq valideynlərə uşaqlarını məktəbə daha isti geyimlərdə göndərməyi məsləhət görüb.

Həmçinin bildirilir ki, Tiraspoldakı bəzi sənaye sahələri artıq yanacaq çatışmazlığı səbəbindən problemlər yaşayır.

Uzun müddətdir ki, Dnestryanı Ukraynadan keçən boru kəməri vasitəsilə Rusiya qazını demək olar, pulsuz alırdı. Lakin ötən il Kiyev Rusiya ilə tammiqyaslı müharibə fonunda qaz tranzitini dayandırıb. Nəticədə, ötən il regionun təxminən 350.000 sakini və əksər sənaye müəssisələri bir aydan çox istilik və elektrik enerjisi olmadan qalıb. O vaxtdan bəri region Avropa təchizatçılarından daha bahalı qaz almağa başlasa da, İrandakı münaqişə bu tədarükləri azaldıb.

V. QULİYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
122
reyting.az

1Mənbələr