525.az saytından alınan məlumata görə, ain.az bildirir.
“Azərbaycan illər ərzində dəfələrlə və açıq şəkildə bildirib ki, öz ərazisindən İrana qarşı hücum məqsədi ilə istifadəyə icazə verməyəcək. Müharibə başlayan kimi Azərbaycan öz ərazisindən müxtəlif dövlətlərin vətəndaşlarının təhlükəsiz keçidini təmin etdi. Prezident İlham Əliyev İrana başsağlığı verdi”.
Bu barədə 525.az-a politoloq Şəbnəm Həsənova İranın naxçıvan Muxtar Respublikasına dron hücumu barədə danışarkən deyib.
“Müharibə başlar-başlamaz, biz yenə eyni yanaşmanı ortaya qoyduq ki, heç bir halda ərazimizdən İrana qarşı hücum olmayacaq. Habelə, hava məkanımızı ABŞ və İsrail üçün bağlamışıq. Lakin bu gün İranın atdığı addımlar göstərir ki, o, müharibənin ərazisini genişləndirməyə çalışır, bununla da Azərbaycanı da proseslərə qoşmaq istəyir. Bu, son dərəcə səhv bir addımdır.
Dövlət başçımız dəfələrlə bildirib ki, hər bir dövlət sərhədləri boyu təhlükəsizlik haqqında düşünməli və bu istiqamətdə qərarlar alarkən ciddi şəkildə götür-qoy edib, düşünülmüş addımlar atmalıdır. İranın Naxçıvana dron zərbəsi endirməsi yanlış bir addımdır. Bu, proseslərə Azərbaycanı da qatmaq cəhdidir və bütövlükdə Azərbaycana arxadan vurulan zərbədir. İran nankorluq etdi. Müharibədə bu və ya digər proseslər ola bilər, lakin alınan qərarlar və xüsusilə də endirilən zərbələr zamanı heç bir halda bu kimi hücumlara, xüsusilə də Azərbaycanın sərgiləmiş olduğu yanaşma, atdığı addımlar müqabilində belə hücumlara yer yoxdur”.
Pərvanə Sultanova
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.