ain.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Bu gün kiçik sahibkarlığın təşviqinə ehtiyac var ki, işini itirinlər özləri iş qura bilsinlər. Bunun üçün ƏDV-yə düşən dövriyyə 1 mln. manata qaldırılmalı, dövriyyədən vergi Bakı şəhərində 3 faiz, regionlarda cəmi 1 faiz olmalı, digər bütün vergi növləri ləğv edilməlidir. Dövlət İnvestisiya və Aqrar Bankı qurulmalı, Neft Fondundan ora ilkin olaraq 1 mlrd. manat ayrılmalı, o bank ancaq və ancaq kiçik biznes və aqrar sekrora illik cəmi 3-4 faizlə kredit verməlidir. Amma, kredit verilməsi o qədər şəffaf olmalıdır ki, həm risklər nəzərə alınmalı, həm də vəsait əsl sahibkarlara, fermerlərə çatmalıdır”.
İqtisadçı ekspert Natiq Cəfərli bunu 525.az-a bildirib. Ekspert vurğulayıb ki, bu gün ölkədə fəaliyyət göstərən kiçik sahibkarlar böyük marketlərdə yer tapmaqda çətinlik çəkirlər. Bəzi hallarda isə ümumiyyətlə, yer tapa bilmirlər. Böyük şirkətlərin əsas üstünlüklərindən biri dövriyyələrinin böyük olmasıdır.
Onlar marketlərə bəzi güzəştlər təklif edir. Məsələn, satış üçün marketlərə verdikləri birinci partiya məhsulların pullarını almırlar. Birinci dəfə verilən məhsullar marketin öz dövriyyəsində qalır. Təbii ki, bu da market sahiblərinə sərf edir. Amma kiçik sahibkarların dövriyyəsi az olduğu üçün bunu etmək imkanları yoxdur. Bu səbəbdən də iri marketlər kiçik sahibkarlarla işləmək istəmirlər. Hazırda bu məsələ ilə bağlı çox ciddi problemlər mövcuddur.
Sevinc Qarayeva
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.