AZ

Naxçıvana dron hücumu zamanı xəsarət alan şəxslərin vəziyyəti barədə RƏSMİ AÇIQLAMA

Naxçıvan, 5 mart, AZƏRTAC

AZƏRTAC-ın bölgə müxbirinin Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinə göndərdiyi sorğuya cavab olaraq bildirilib ki, İran ərazisindən həyata keçirilən dron hücumları zamanı xəsarət alan iki nəfərin vəziyyəti stabildir.

Qeyd edək ki, İran İslam Respublikasının ərazisindən Naxçıvan Muxtar Respublikasına bu gün günorta saatlarında dron hücumları həyata keçirilib. Dronlardan biri Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına, digəri isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb.

Hava Limanının binasına zərər dəyib, iki mülki şəxs xəsarət alıb.

Müxbir - Nail Əsgərov

Seçilən
6
15
azertag.az

10Mənbələr