AZ

Senat Trampın strategiyasını dəstəklədi Konqresin nəzarət cəhdi uğursuz oldu

ain.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ Senatı dünən keçirilən səsvermədə Prezident Donald Trampın İranla davam edən hərbi əməliyyatları üzərindəki icraedici səlahiyyətlərini məhdudlaşdırmaq məqsədi ilə Demokratlar və bəzi Respublikaçıların irəli sürdüyü “savaş səlahiyyətlərini məhdudlaşdıran qətnaməni” rədd edib. Səsvermənin nəticəsi 53 əleyhinə qarşı, 47 lehinə olub və bu, Tramp administrasiyasına müharibəni konqres təsdiqinə bağlı olmadan davam etdirməyə rəvac verib. Bakupost.az “Reuters”ə istinadən xəbər verir ki, qətnamə ABŞ Senatında partiya xətti ilə bloklanıb. Demək olar ki, bütün Respublikaçı senatorlar qətnaməyə qarşı olub, bütün Demokratlar isə dəstək verib. Yalnız bir respublikaçı Rand Paul partiya xəttindən ayrılaraq qətnaməni dəstəkləyib, demokrat Con Fetterman isə sənədin əleyhinə olub.Bu səsvermə birbaşa İranla müharibənin altıncı gününə təsadüf edir. İran bu gün İsrailə böyük raket atəşi ilə cavab verib, təlaş yaşanan regionda milyonlarla insan sığınacaqlara yönəldilib. Eyni zamanda ABŞ və müttəfiqləri tərəfindən İran hökumətinin hərbi və iqtisadi infrastrukturuna qarşı missiya davam edir. Senatdakı mübarizə həm də Konqres və Ağ Ev arasındakı hərbi güc icazələri və yoxlamanın gələcəyini həll edir. Konqresdə Demokrat liderlər Ağ Evin müharibə strategiyasının şəffaf olmadığını və uzunmüddətli plansızlığı tənqid ediblər, Respublikaçılar isə Trampın hərəkətlərini milli təhlükəsizliyi qorumaq üçün qanuni və zəruri addım kimi qiymətləndiriblər. Cavid, BakuPost

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
5
www.bakupost.az

1Mənbələr