BAKI, 5 mart. TELEQRAF
Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycan və ölkəsi arasında sülh müqaviləsinin imzalanması ilə bağlı konkret tarix verməkdə çətinlik çəkib.
Teleqraf xəbər verir ki, bu barədə o, jurnalistlərlə söhbətində danışıb.
“Gündəlik işlər gedir və bu gündəlik işlərin nə qədər davam edəcəyini deyə bilmərəm”, - Nikol Paşinyan qeyd edib.