Bakı. Trend:
Azərbaycanın Rəqəmsal inkişaf və nəqliyyat nazirliyi və“BlackRock” şirkəti rəhbərlikləri arasında ölkənin rəqəmsal vənəqliyyat infrastrukturuna investisiyaların cəlb olunması müzakirəolunub.
Trend xəbər verirki, bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziriRəşad Nəbiyev öz rəsmi “X” səhifəsində yazıb.
“Londonda “BlackRock” şirkətinin Maliyyə və Strateji İnvestorlarQrupunun qlobal rəhbəri Çarlz Hatami ilə görüş keçirdik. GörüşdəDavosda Prezident İlham Əliyev tərəfindən “BlackRock” və onuntörəmə şirkəti “Global Infrastructure Partners” ilə imzalanmışNiyyət Memorandumu çərçivəsində əməkdaşlığın inkişafı məsələlərinimüzakirə etdik”,-deyə yazıda qeyd olunur.
Qeyd olunur ki, eyni zamanda görüşdə rəqəmsal infrastruktura,süni intellekt ekosisteminə, regional məlumat mərkəzininqurulmasına və hava nəqliyyatı infrastrukturuna investisiyalarıncəlb edilməsi ilə əlaqədar birgə işlərin ilkin nəticələri barədəfikir mübadiləsi aparılıb.
Qeyd edək ki, 2026-cı il yanvarın 20-də AzərbaycanRespublikasının Dövlət Neft Fondu (SOFAZ) dünyanın ən böyük aktividarəetmə şirkəti olan "BlackRock" və onun törəmə şirkəti olan"Global Infrastructure Partners" (GIP) ilə strateji əməkdaşlığadair protokol imzalayıb. Sənədə əsasən, infrastruktur və rəqəmsallayihələrə 1,5 milyard ABŞ dollarınadək investisiya yatırılmasıplanlaşdırılır.