“İran 40 ildir, bizə xəyanət edir. Ermənistan torpaqlarımızı işğal etməmişdən də qabaq! İranın heç vaxt Azərbaycanı gözü götürməyib. Buna görə də həmişə ermənilərin yanında olub. Birinci dəfə deyil ki... Vətən müharibəsində də Ermənistana silahları İrandan danışıyırdılar. İran həmişə bunu edib. Bu gün Naxçıvan Hava Limanını vurması Tehranın böyük səhvidir. İran bütün dünya ilə düşmən oldu. Halbuki biz Amerikaya, İsrailə icazə vermədik ki, Azərbaycan ərazisindən İrana hücum etsinlər. Bu bizim yaxşılığımızdır, o da onların nakişiliyi, namərdliyidir!”
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aqil Abbas deyib.
Deputat deyib ki, İrana necə cavab vermək lazım olduğunu Azərbaycan dövləti çox yaxşı bilir: “Xarici İşlər Nazirliyi bəyanat yaydı ki, cavabsız qalmaz. Dövlətin hər halda bir cavabı olacaq. Cavab bu olacaq ki, İran tək qalacaq. İran Türkiyəyə zərbə endirib. İstəyir ki, Türkiyəni də bu işə qoşsun. Belə getsə, İran məhv olacaq. Bir dostu da yoxdur. Rusiyanın da başı özünə qarışıb, Çin də uzaqdadır. İran ortalıqda tək qalıb”.
Aytəkin Qardaşova