AZ

İranın bu addımı dünən Türkiyəyə atılan ballistik raketin təsadüfi olmadığını sübut etdi - Hərbi ekspert

Bakı.Trend:

İran müharibə səbəbindən panikadadır. Bu da İran rejimininyanlış addımlar atmasına səbəb olur. Prezident İlham Əliyevinİranın Azərbaycandakı səfirliyində olması, ən yüksək səviyyədəproblemlərini dinləməsi bu halın baş verməsinə qarşı olmalıydı.İranda bəzi qüvvələr Azərbaycanla münasibətləri korlamağameyillidir.

Hadisəylə ilə bağlı Trend-ə açıqlamasında hərbi ekspert Üzeyir Cəfərlibildirib ki, İranın bu addımı dünən Türkiyəyə atılan ballistikraketin təsadüfi olmadığını sübut etdi.

Ekspert vurğulayıb ki, İran rəhbərliyi bir sıra məsələlərdəyanlışlığa yol verib:

“İran müttəfiq dövlətlərlə münasibətləri korlamağa davam edir.İran tərəfindən Naxçıvan ərazisinə atılan dronlarla bağlı mollarejiminin istənilən izahatı qəbul olunmazdır. İran bu addımı iləsonuncu dayaqlarını da itirdi”.

Hərbi ekspert Yaşar Aydəmirov isə İranın bu addımını çox böyüksəhv adlandırıb:

“İran rejimi Naxçıvana dron hücumu etdi. Hücumun səhvən yaxudqəsdli edildiyini Azərbaycana açıqlamalıdır. İranın molla rejimininbu yanlış qərarları qonşu dövlətləri qıcıqlandırır”.

Qeyd edək ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına dronhücumu olub. İran ərazisindən uçan dron aeroportun binasına vəBabək rayon Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərəkpartlayıb.

Hadisə nəticəsində 2 mülki şəxs xəsarət alıb. Azərbaycan Xariciİşlər Nazirliyinin hadisə ilə bağlı bəyanat yayaraq İran İslamRespublikası tərəfindən qısa müddət ərzində qeyd olunan məsələyəaydınlıq gətirilməsini, buna izahat verməsini və bu kimi hallarıngələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlərgörməyi tələb edib.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakıfövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmiçilu Xarici İşlərNazirliyinə çağırılıb. İran tərəfinə kəskin etiraz bildirilib.

Seçilən
84
3
az.trend.az

1Mənbələr