AZ

Səudiyyə Ərəbistanında neft anbarları DOLUR: Cəmi iki həftə vaxt QALIB

Səudiyyə Ərəbistanının neft hasilatını azaltmaq üçün cəmi iki həftə vaxtı qalıb.

İnterpress.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

Nəşrin qeyd etdiyinə görə, Səudiyyə Ərəbistanı yaxın iki həftə ərzində neft hasilatını kəskin şəkildə azaltmaq məcburiyyətində qala bilər. Bu, qlobal enerji bazarındakı cari vəziyyət və ixrac imkanları ilə bağlı yaranan texniki zərurətdir.

Məlumata görə, Fars körfəzinin ən böyük neft hasilatçısı olan ölkələr neft anbarlarının tam dolması riski ilə üz-üzədirlər.

Mütəxəssislər bildirirlər ki, region ölkələri anbarlar dolmadan ixrac prosesini təcili şəkildə tam bərpa etmək məcburiyyətindədirlər.

Əks təqdirdə, xammalın saxlanılması üçün yer qalmayacaq ki, bu da hasilatın məcburi şəkildə azaldılmasına və ya dayandırılmasına yol açacaq.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
98
interpress.az

1Mənbələr