AZ

Brunu Fernandeş mütləq rekordçunu haqlamaq üzrədir

İngiltərə Premyer Liqasının (İPL) 29-cu turunda səfərdə "Nyukasl Yunayted"ə 1:2 hesabı ilə uduzan "Mançester Yunayted"in kapitanı Brunu Fernandeş məhsuldar ötürmə ilə yadda qalıb.

Fanat.Az "Opta Sports"a istinadən xəbər verir ki, bu assist portuqaliyalı yarımmüdafiəçi üçün cari mövsüm çempionatda 14-cü olub.

Bir mövsüm ərzində MY forması ilə İPL-də daha çox məhsuldar ötürməyə yalnız Devid Bekhem imza atıb. Sabiq futbolçu 1999/2000 "futbol ili"ndə 15 dəfə komanda yoldaşlarının fərqlənməsinə şərait yaradıb.

Cari mövsüm bütün turnirlərdə 28 matça çıxan Brununun hesabında 7 qol və 15 assist var. Onun klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

Xatırladaq ki, bu yenilgi Kerrikin rəhbərliyi altında MY-nin ilk məğlubiyyətidir. Hazırda 51 xalı olan Mançester komandası turnir cədvəlinin 3-cü pilləsində mövqe tutub.

Toğrul

Seçilən
1
1
fanat.az

2Mənbələr