AZ

“Onlar molla rejiminə qarşı hiddətlidir” – Naxçıvandan açıqlama

“Xəbəri eşitdiyim anda Naxçıvandakı yaxınlarım və qohumlarımla əlaqə saxladım, məlumat aldım. Belə durumda əhali necə olar? Əhali arasında qorxu, təşviş var…”

Bu sözləri “Yeni Sabah”a açıqlamasında əslən Naxçıvandan olan müstəqil jurnalist Çingiz Özgür deyib.   O, hazırda Naxçıvan Muxtar Respublikasında vəziyyətin gərgin olduğunu bildirib:

“Məktəblər, bağçalar bağlanıb. Əhali həyəcanlıdır. Dronun biri məktəbin yaxınlığına, digəri aeroporta düşüb. İnşallah, gerisi gəlməz, daha atmazlar. Camaatda qorxu var, onlar molla rejiminə qarşı hiddətlidir”.

Qeyd edək ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu olub. İran ərazisindən uçan dron aeroportun binasına və Babək rayon Şəkəkabad kənd tam orta məktəbin yaxınlığına düşərək partlayıb. Nəticədə 2 nəfər xəsarət alıb.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Seçilən
39
yenisabah.az

1Mənbələr