Gununsesi portalından verilən məlumata görə, ain.az xəbər yayır.
“Son hərbi qarşıdurmalar hava hücumundan müdafiə vasitələrinin istehsalı və ehtiyatı məsələsini yenidən gündəmə gətirib. ABŞ-nin əsas hava hücumundan müdafiə vasitələri “Patriot” və THAAD zenit-raket qurğularıdır. Bu qurğular və onlar üçün raketlərin əsas istehsalçısı ABŞ-da fəaliyyət göstərən “Lockheed Martin” şirkətidir”.
Gununsesi.info bildirir ki, bu fikirləri politoloq Asif Şəfəqqətov vurğulayıb:
“Şirkətin 2025-ci ilin yekunları üzrə açıqladığı göstəricilərə əsasən, Ukrayna müharibəsi başlayandan sonra istehsal həcmi artırılıb. Lakin bu artımın uzunmüddətli müharibə şəraitində yetərli olub-olmaması müzakirə mövzusudur”.
Politoloq bildirib ki, “Patriot” qurğuları üçün raketlərin istehsalı son illərdə artıb:
“2025-ci ildə 620 raket istehsal olunub. Dörd il əvvəl bu rəqəm 300 idi. Yaxın üç il ərzində istehsal gücünün 2000 raketə çatdırılması planlaşdırılır. Hazırda istifadə olunan PAC-3 tipli raketin birinin qiyməti ABŞ hərbi idarəsi üçün təxminən 3,8–6 milyon dollar, başqa ölkələr üçün isə 6–10 milyon dollar arasında dəyişir.
THAAD zenit-raket qurğuları üçün raketlərin istehsalı da artırılıb. 2025-ci ildə 96 raket istehsal olunub. Dörd il əvvəl bu göstərici 25 idi. Yaxın yeddi il ərzində istehsal gücünün dörd dəfə artırılması planlaşdırılır. Bu raketlərin birinin qiyməti ABŞ hərbi idarəsi üçün təxminən 12,7–15,5 milyon dollar təşkil edir.
Son münaqişələr göstərir ki, zenit raketlərinin sərfi çox yüksəkdir. Açıq mənbələrə əsaslanan məlumatlara görə, müharibənin ilk dörd günü ərzində İran tərəfindən atılan ballistik raketlərin qarşısını almaq üçün körfəz ölkələri və İsrail yüzlərlə zenit raketi istifadə edib.
Məsələn, Birləşmiş Ərəb Əmirliklərinə doğru atılan 165 ballistik raketin 152-si vurulub və bunun üçün azı 300 zenit raketi istifadə olunub. Qətərdə 46–66 raketin vurulduğu bildirilir ki, bu da təxminən 100–130 raketin istifadəsi deməkdir”.
Günay
Gununsesi.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.