AZ

ABŞ və İsrailin İran əleyhinə həyata keçirdiyi hərbi əməliyyatların əsas məqsədləri nələrdir? ŞƏRH

ain.az, Gununsesi portalına istinadən məlumat verir.

İrandakı hadisələr artıq məlumdur.

Maraqlı bir nüans da budur ki, görəsən, ABŞ və İsrailin İran əleyhinə həyata keçirdiyi hərbi əməliyyatların əsas məqsədləri hansılardır-nüvə proqramını sıradan çıxarmaq, rejim dəyişdirmək, yoxsa regional təsirini zəiflətmək?

Bu barədə politoloq Asif Nərimanlı Gununsesi.info-ya danışıb.

O bildirib ki, İran müharibəsinin başlanma səbəbi Tehranın masadakı şərtləri – nüvə proqramından imtina edilməsi, zənginləşdirilmiş uranın ölkədən çıxarılması, raket istehsalını dayandırmaq, proksi qüvvələrə dəstək siyasətindən əl çəkmək- qəbul etməməsi olsa da, artıq şərtlər geridönüşü olmayan mərhələyə qədəm qoyur:

“Bu mərhələdə əsas hədəf İrandakı teokratik rejimin dəyişməsidir. Müharibənin gedişində tərəflərin danışıqlar masasına qayıtması da istisna deyil, lakin İran rejiminin ABŞ və İsrailin maksimalist tələblərini qəbul etməsi təslim olmaq deməkdir, digər tərəfdən, artıq hücum fazasına keçiddən sonra Vaşinqton və Təl-Əvivin tələblərini loyallaşdıracağı ehtimalı da zəif görünür”, – deyə siyasi şərhçi bildirib.

O, eyni zamanda qeyd edib:

“Fikrimcə, proses İranda rejimin dəyişməsinə qədər davam edəcək, lakin bununun üçün gözləniləndən daha çox vaxt lazım ola bilər, çünki total müharibə taktikasına əl atan rejim təslim olmaq istəmir və rejimin hərbi yolla devrilməsinin hələki yeganə yolu qurudan müdaxilənin edilməsidir. Bu, baş vermədiyi müddətdə müharibənin uzanması gözləntisi ön planda qalır”.

Orxan

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
122
icma.az

1Mənbələr