AZ

Hərbçi İrana hücuma görə iclasda üsyan etdi

ABŞ və İsrailin İrana qarşı hücumlarından bir həftə keçir. 

Belə bir vaxtda ABŞ Senatında bir hərbçinin üsyan etməsi dünya ictimaiyyətində geniş əks-səda doğurub.

"Cebheinfo.az" xəbər verir ki, CNBC və "Telegraph"-ın xəbərinə görə, hadisə Hart Senat Ofis Binasında keçirilən Senatın Silahlı Xidmətlər Komitəsinin alt komitə iclası zamanı baş verib.

Özünü keçmiş dəniz piyadası kimi təqdim edən bir şəxs ABŞ-nin İrana qarşı hücumlarına etiraz edib. Hərbçi salondakı mühafizəçilər tərəfindən zorla çölə çıxarılarkən "Heç kim İsrail üçün ölmək istəmir" və "Heç kim döyüşmək istəmir",- deyə qışqırıb.

Sosial mediada paylaşılan görüntülərdə ABŞ Konqres Polisi əməkdaşlarının etirazçını salondan çıxarmağa çalışdığı görünür. Bu anlarda Respublikaçı Montana senatoru Tim Şihinin də müdaxiləyə qoşulduğu görülür.

ABŞ Konqres Polisi saxlanılan şəxsin Şimali Karolina ştatından olan 44 yaşlı Brayan K. MakGinnis olduğunu açıqlayıb. MakGinnisin Yaşıllar Partiyası adından Şimali Karolinadan ABŞ Senatına namizəd olduğu və kampaniya saytına görə ABŞ Dəniz Piyadaları Korpusunda xidmət etdiyi bildirilib.

Seçilən
3
1
cebheinfo.az

2Mənbələr