Ayna saytına istinadən ain.az xəbər verir.
“İraq Kürdüstanı sabitləşdirici amil olaraq qalacaq”
“İraq Kürdüstanı Yaxın Şərqdə silahlı münaqişədə iştirak etməyəcək”. AYNA.AZ xəbər verir ki, bu sözləri regionun rəhbəri Neçirvan Bərzani deyib.
Bərzani bu açıqlamanı İranın xarici işlər naziri Abbas Əraqçi ilə telefon danışığı zamanı verib. Tərəflər regionda təhlükəsizliyin və sabitliyin qorunmasının vacibliyini vurğulayıblar və Yaxın Şərqdəki vəziyyəti pozmaq cəhdlərinə qarşı çıxıblar.
Bərzani qeyd edib ki, “İraq Kürdüstanı sabitləşdirici amil olaraq qalacaq və Yaxın Şərqdə gərginliyin azaldılmasına və tammiqyaslı müharibənin qarşısının alınmasına yönəlmiş diplomatik səyləri dəstəkləyəcək”.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.