AZ

Aktrisa onu təhqir edən şəxslə üz üzə: “63 yaşlı kişi qarşımda...” VİDEO

ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Zülfiyyə Qurbanova sosial şəbəkədə təhqiramiz yazıları əngəlləyən yeni qanuna sevindiyini gizlətməyib.Aktrisa öz başına gələn hadisəni nəql edib:“Məni tanımadan haqqımda elə sözlər yazmışdılar ki! Təsəvvür edin, 63 yaşında, şəkər xəstəsi olan kişi qarşımda dayanıb üzr istəyirdi. Sosial şəbəkədə elə sözlər yazmışdı ki, sanki məni yaxından tanıyırmış, məni öz gözləri ilə görübmüş kimi… Halbuki məni heç tanımırdı.Özüm də çox pis oldum. Qarşıma gələndə hörmətlə qarşıladım, hətta qarşısına çayını da özüm qoydum. O, hərəkətinə görə üzr istədi.Əslində, səbəb ciddi bir şey deyildi. Sadəcə müxtəlif bəhanələr gətirirdi, guya hansısa roluma görə belə yazıb və ya əsəbi olub və s. Yaxşı ki, qanunlar var və belə məsələlər artıq müəyyən çərçivədə həll olunur. Amma yenə də sosial şəbəkələrdə xoşagəlməz, səhv rəylər yazanlar olur”.Aktrisa vurğulayıb ki, bəzi insanlar canlandırdığı obrazla aktrisanın real həyatını səhv salırlar:“Bəziləri anlamır ki, bu, sadəcə roldur, ssenari əsasında canlandırılan obrazdır və mən peşəkar aktrisayam. Təəssüf ki, hamı bunu dərk etmir. Halbuki bəzi mövzular ibrət xarakterlidir. Həyatdan götürülür, ssenariyə çevrilir və biz aktrisalar onu canlandırırıq.Mən, məsələn, düzgün həyat tərzi olmayan bir qadın obrazını oynamışdım. Çox gözəl rəylər də yazılmışdı, peşəkar oynadığımı deyirdilər. Amma bununla yanaşı, çirkin və təhqiramiz rəylər də vardı.Əmin olun ki, o cür yazan bəzi kişilərin öz ailəsində daha böyük problemlər var. Bəziləri isə, ola bilsin, qəsdən, kiminsə tapşırığı ilə belə rəylər yazırlar”. (Yeni Sabah)

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
1
demokrat.az

2Mənbələr