AZ

"Bunu dilə gətirmək xoş deyil, amma olanı deyirəm" - Kerrik ilk məğlubiyyətini şərh etdi

İngiltərə Premyer Liqasının 29-cu turunda səfərdə "Nyukasl Yunayted"ə 1:2 hesabı ilə uduzan "Mançester Yunayted"in baş məşqçisi Maykl Kerrik oyundan sonra fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, 45+1-ci dəqiqədə azlıqda qalan "sağsağanlar"a yenilən "qırmızı şeytanlar"ın çalışdırıcısının sözlərini "Sky Sports" belə çatdırıb:

"Bugünkü oyunumuzdan razı deyilik. Üstünlük daha çox bizdə olsa da, "Nyukasl"ın da haqqını verməliyik. Bilirdik ki, asan olmayacaq. Oyunun gedişində yaxşı fürsət yaxaladıq, amma istifadə etməyi bacarmadıq. Bu məqam məni çox məyus edir. Gözləniləndən zəif çıxışla yadda qaldıq. "Nyukasl" layiqli qələbə qazandı. Bunu dilə gətirmək xoş deyil, amma olanı deyirəm. Qarşıdakı matça daha yaxşı hazırlaşmalıyıq".

Xatırladaq ki, bu Kerrikin rəhbərliyi altında MY-nin ilk məğlubiyyətidir.

Toğrul

Seçilən
4
1
fanat.az

2Mənbələr