AZ

Bakıda ərinin telefonunu yoxlayan qadın dəhşət yaşadı 15 manata görə aləm bir birinə dəydi

Demokrat.az saytına istinadən ain.az xəbər verir.

Bakının Nərimanov rayonunda 1999-cu il təvəllüdlü Abbas həyat yoldaşı Aysuya (adlar şərtidir – red.) xəsarət yetirib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 2024-cü ilin iyunun 19-da baş verib. Abbas həmin gün saat 23 radələrində birgə yaşadıqları mənzildə arvadı Aysunun ona məxsus mobil telefonda mövcud olan bank mobil tətbiqi vasitəsilə şəxsiyyəti istintaqa məlum olmayan başqa bir qadına 15  manat məbləğində pul vəsaitinin köçürülməsini aşkar etməsi səbəbindən şəxsi münasibətlər və qısqanclıq zəminində aralarında baş vermiş mübahisə zamanı yumruqla qəsdən ona bir neçə zərbə vurub. Abbasın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Abbas ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Aysu ilə 7 iyul 2022-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurublar: “Birgə nikahdan 2024-cü ildə övladımız Əli dünyaya gəlib. 2022-ci ilin iyul ayından 2024-cü ilin iyul ayına kimi arvadım Aysu və azyaşlı övladlarım ilə birlikdə kirayədə yaşamışıq”. Təqsirləndirilən şəxs qeyd edib ki, 2024-cü ilin martın 5-dən dekabrın 3-dək marketlər şəbəkələrindən birinin Neftçilər filialında anbardar vəzifəsində işləyib: “İyunun 19-da, saat 20 radələrində Nizami rayonu ərazisində yerləşən marketlər şəbəkəsinin Neftçilər filialında iş vaxtı bitdiyi üçün işdən çıxdım və Nərimanov rayonuna getdim. Bir qədər gəzişdikdən sonra saat 22 radələrində evə çatdım və yorğun olduğum üçün yataq otağına keçərək yatdım. Yatmazdan qabaq öz mobil telefonumu yastığın yanına qoydum. Saat 23 radələrində yorğun halda yatarkən arvadım məni yuxudan oyatdı və mobil telefonundakı bank mobil tətbiqinə baxarkən hazırda adını xatırlamadığım bir qadına öz hesabımdan 15 manat məbləğində pul vəsaitinin köçürüldüyünü aşkar etdiyini bildirdi. Məndən həmin qadınla nə kimi əlaqə və münasibətimin olduğunu soruşdu. Əsəbiləşərək Aysuya izah etməyə çalışdım ki, iş prosesində alış-verişlə bağlı ola bilsin hansısa bir qadının adına olan bank kartına pul köçürmüşəm. Kartın sahibi olan həmin qadını tanımadığımı və onunla heç bir əlaqəmin olmadığını desəm də, Aysu inanmayaraq mübahisə etdi”. Abbas bildirib ki, mübahisə zamanı Aysu yataq otağında uzandığı yerdə hər iki əli ilə boğazından tutaraq onu boğmağa çalışıb: “Mən özümü müdafiə etmək məqsədilə həmin vaxt yumruqla Aysunun sağ qoluna və boyun nahiyəsinə bir neçə zərbə vurdum. Sonra ondan otaqdan çıxmasını tələb etdim. Daha sonra birlikdə qonaq otağına keçdik. Qonaq otağında Aysu mənimlə mübahisəyə davam etdi. Aysu əlləri ilə sinə, sağ və sol qoluma, həmçinin ayağıma vurdu. Aysu məni əli ilə vurarkən onun boyun nahiyəsindən tutdum və özümdən kənara itələdim ki, sakitləşsin, mübahisəyə son qoysun. Nəhayət Aysu sakitləşdikdən sonra yataq otağına keçərək yatdım”.Bu işə Nərimanov Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Zərərçəkən də ona qarşı şikayətini geri götürüb. 

Məhkəmənin hökmü ilə Abbasın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. Fariz Məlikli

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
41
demokrat.az

1Mənbələr