AZ

Kürd yaraqlı qrupları İrana quru hücumuna hazırlaşırlar

ain.az, Modern.az saytına istinadən bildirir.

Amerika və İsrail rəsmilərinin sözlərinə görə, bir neçə İran kürd qrupu yaraqlıları ölkənin şimal-qərb hissəsində Tehran rejiminə qarşı mümkün quru hücumuna hazırlaşırlar.

Modern.az xəbər verir ki, məlumatı “Axios” portalı yayıb."ABŞ və İsrailin Tehranı havadan bombalaması fonunda kürd qruplarının qurudan hücumu İran ordusuna təzyiqi artıra və digər bölgələrə yayıla biləcək daxili üsyana səbəb ola bilər.

Müharibə başlamazdan altı gün əvvəl İraqa sığınan beş kürd qrupu İranla mübarizə aparmaq üçün İran Kürdüstanı Siyasi Qüvvələr Koalisiyasının yaradıldığını elan edib. Bu kürd qruplarının İran-İraq sərhədi boyunca minlərlə əsgəri var və strateji əhəmiyyətli ərazilərə nəzarət edirlər.

Son həftələrdə İran kürd qrupları rejim qüvvələrinə mümkün hücuma hazırlıq məqsədilə yüzlərlə üzvünü sərhədin İraq tərəfindəki düşərgədən İran tərəfinə köçürüb”, - deyə bu qruplardan birinə yaxın mənbə bildirib.

İki Amerika və İsrail rəsmisinin, eləcə də vəziyyətlə tanış olan üçüncü bir mənbənin sözlərinə görə, İran kürd qüvvələri Mossad və Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən dəstəklənir. Amerika rəsmisi bildirib ki, məqsəd İran hakimiyyətinə meydan oxumaq və daha geniş üsyana ilham vermək üçün İran daxilindəki kürd bölgəsində ərazini ələ keçirməyə cəhd etməkdir.

"Müharibə Amerika və İsrail hərbi əməliyyatlarının aktiv mərhələsi ilə başlayıb, lakin davam etdikcə, Mossad və Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən digər səylər göstəriləcək", - İsrail rəsmisi bildirib.

İran kürd qruplarını dəstəkləmək və onlardan İraqdan İrana quru hücumu üçün istifadə etmək ideyası əvvəlcə İsrailin Baş naziri Binyamin Netanyahu və Mossad-dan gəlib. İkinci Amerika rəsmisi isə bildirib ki, Mərkəzi Kəşfiyyat İdarəsi sonradan təşəbbüsə qoşulub.

İsrail rəsmiləri kürd qruplarına gələcəkdə İranda rejim dağılacağı təqdirdə muxtariyyətin  yaradılması üçün təkcə hərbi deyil, həm də siyasi dəstək vəd ediblər.

"Financial Times" qəzetinin iki mənbəyə istinadən verdiyi məlumata görə, ABŞ prezidenti Donald Tramp bu həftə İran və İraq kürd liderləri ilə danışıb və ABŞ-ın İrana qarşı müharibədəki məqsədlərini aydınlaşdırıb.

"Tramp bu həftə İran kürd liderləri ilə danışıb... Tramp həmçinin Kürdüstan Vətənpərvərlər Birliyinin rəhbəri Bavel Tələbani də daxil olmaqla İraq kürd liderləri ilə danışıb... Tramp ABŞ-ın hazırkı müharibədəki məqsədlərini aydınlaşdırıb", - qəzet yazıb.

Qəzet həmçinin qeyd edib ki, ABŞ-ın kürdlərlə danışıqlar aparmaq səyləri ABŞ-İsrail birgə təşəbbüsüdür.

Çərşənbə günü CNN adı çəkilməyən bir məmura istinadən bildirib ki, İran kürd müxalifət qüvvələri yaxın günlərdə İranın qərbində quru əməliyyatında iştirak edə bilər. Şəbəkəyə görə, Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) İranda xalq üsyanını qızışdırmaq məqsədi ilə kürd qüvvələrini silahlandırmaq üzərində işləyir.

Daha əvvəl ABŞ-ın hərbi naziri Pit Heqset kürd müxalifətini İrana qarşı quru hərbi əməliyyatında iştirak etmək üçün silahlandırmaq planları ilə bağlı mediada yayılan məlumatları təsdiqləməkdən imtina edib.A.Qorxmaz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
1
modern.az

2Mənbələr