Bakı. Trend:
Müxtəlif ölkələrdən mallar artıq Azərbaycan ərazisindən keçməklədaha qısa marşrutlarla Ermənistana çatdırılır və mən əminəm ki,yaxın vaxtlarda bu proses əks istiqamətdə də baş verəcək. MallarAzərbaycandan Ermənistana daxil olur, vətəndaş cəmiyyətinümayəndələri arasında qarşılıqlı səfərlər həyata keçirilir, ölkərəhbərləri isə yüksək intensivliklə ünsiyyət qururlar.
Trend ErmənistanKİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziraparatının rəhbəri Arayik Aratunyan “Armenpress”ə verdiyimüsahibədə bildirib.
“Bütün bunlar göstərir ki, biz uzun bir yol qət etmişik vənizamlanma prosesi kifayət qədər sürətlə gedir. Bu isə çox vacibdirvə müəyyən mənada istisna təşkil edir. Çünki tarixçi kimi əminliklədeyə bilərəm ki, məsələn, təxminən 40 illik tarixə malikmünaqişələrdə barışıq və nizamlanma çox yavaş baş verir. Bizimvəziyyətimizdə isə bunu demək olmaz”, - deyə o bildirib.
Aratunyan eyni zamanda TRIPP layihəsinin əhəmiyyətindən dədanışıb:
“Bilirsiniz ki, hazırda müxtəlif regionlarda müharibələr gedir,bir sıra böyük dövlətlər sanksiyalara məruz qalır. Bu isə çox saydainfrastruktur obyektlərinin bloklanmasına gətirib çıxarıb.Ermənistanın cənubundan keçəcək (TRIPP) marşrutu isə əslindəşərqdən qərbə yük daşımalarını həyata keçirməyə imkan verən azsaylımarşrutlardan biridir".