AZ

ABŞ Dena freqatını batırmasına peşman olacaq Əraqçi

ain.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

"ABŞ Dena freqatının batırılmasına görə dərin peşmançılıq çəkəcək".

"Unikal" xəbər verir ki, bunu İranın xarici işlər naziri Seyid Abbas Əraqçi deyib. 

O, X platformasındakı rəsmi hesabında yazıb: "Amerika bu dəfə İran sahillərindən 2000 mil aralıda dənizdə daha bir fəlakətə səbəb oldu.

Hindistan Hərbi Dəniz Qüvvələrinin qonağı olan və təxminən 130 heyət üzvünü daşıyan Dena freqatı beynəlxalq sularda xəbərdarlıq edilmədən hədəfə alınıb. Görəcəksiniz: ABŞ yaratdığı presedentə görə dərin peşmançılıq çəkəcək".

Qeyd edək ki, freqatın sualtı qayıqla vurulması nəticəsində 80-dən çox iranlı hərbçi ölüb. 

Ağarza Elçinoğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
unikal.az

1Mənbələr