AZ

SEPAH qırıcıları ABŞ tankerini vurdu

ain.az, Unikal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ tankeri Fars körfəzinin şimalında SEPAH Hərbi Dəniz Qüvvələrinin qırıcıları tərəfindən vurulub və hazırda yanır.

"Unikal" xəbər verir ki, bu barədə SEPAH-ın İctimaiyyətlə Əlaqələr Departamenti açıqlayıb. 

"Biz əvvəllər demişdik ki, beynəlxalq qanunlara və qətnamələrə əsasən, müharibə dövründə İran İslam Respublikası Hörmüz boğazından keçid qaydalarına nəzarət edəcək.

Hər kəs buna tabe olmalıdır. Biz qeyd etmişdik ki, ABŞ-yə, sionist rejiminə, Avropa ölkələrinə və onların tərəfdarlarına məxsus hərbi və ticarət gəmilərinin və s. keçməsinə icazə verilməyəcək və mütləq vurulacaqlar", - deyə məlumatda qeyd olunub. 

Ağarza Elçinoğlu

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
29
unikal.az

1Mənbələr