AZ

Xatirə İslamdan etiraf: Bu hiss insanı çökməyə vadar edir - VİDEO

Xatirə İslam heç vaxt etdiklərinə peşman olmadığını bildirib.

“Yeni Sabah” xəbər verir ki, “Gün ortası” verilişində qonaq olan ifaçı deyib:

“Heç vaxt etdiyim heç nəyə peşman deyiləm. Yəni əgər bir səhv etmişəmsə, o zaman ola bilsin ki, həmin səhv lazım olanı yerinə yetirmək üçün idi. Başqa cür düşünə bilməzdim, o anda elə düşünmüşdüm.

Yerlə, yaşla, yaşanmışlıqlarla bağlıdır bu. Düşünürəm ki, əgər çətinliklər, səhvlər olmasaydı, insan heç vaxt başa düşməzdi ki, nəyi səhv edib, nəyi düzgün edib. Onları yaşamaq vacibdir, çünki hər gün bir az böyüyürük. Baxmayaraq ki, uşaqlıqdan deyirdim ki, 40 yaşa çatanda insan hər şeyi bilir. Amma sonradan anlayırsan ki, elə deyil, hər gün nəsə öyrənirsən.

Dünən öz-özümə dedim ki, kaş ki, filan şeyi eləməzdim, mən düz etmədim. Amma sonra da deyirəm ki, oldu, artıq keç. Deməli, bu, baş verməliymiş. Keçmək lazımdır, bunun üstündən keçmək”.

Xatirə İslam peşmançılıq və itki hissindən danışıb:

“Dünyada ən pis hisslərdən biri peşmançılıq, digəri isə itki hissidir. Nəyisə itirəndə insan pis olur. Hələ əziyyət çəkib bir şey qazanmısansa, bu hiss daha da ağır olur.

Peşmançılıq hissi insanı çökməyə vadar edir. Mən də bu hissi yaşamışam. Bəzi insanlar açıq sözlü olur, bu səbəbdən də bəzən bir az sərt görünürlər. Amma çalışıram ki, kiminsə ürəyini incitməyim və qırmışamsa, könlünü alım”.

 

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Seçilən
32
yenisabah.az

1Mənbələr