AZ

Danimarkalı müdafiəçi “Barselona”da qalacaq?

"Barselona" mərkəz müdafiəçisi Andreas Kristensenlə yeni müqavilə üzrə danışıqlara start verib.

90deqiqe.Az-ın "Diario SPORT"a istinadən məlumatına görə, 29 yaşlı oyunçunun mövcud müqaviləsi gələn yay başa çatacaq, lakin kataloniyalılar maaş azaldılması ilə müqaviləni 2027-ci ilin ortalarına qədər uzatmağı təklif ediblər.

Çərşənbə günü klubun idman direktoru Deku futbolçunun agenti ilə görüşüb. Andreas Kristensen hazırda dekabrın ortasında aldığı zədədən bərpa olunur və onun mövsümün sonunda meydana qayıtması planlaşdırılır.

Mərkəz müdafiəçisi “Barselona” forması ilə 2022-ci ilin yayından çıxış edir.

Seçilən
18
90deqiqe.az

1Mənbələr