Bu gün Azərbaycan kubokunun 1/4 final mərhələsinə yekun vurulacaq.
"Cebheinfo.az" xəbər verir ki, son gündə 2 oyun baş tutacaq.
“Kəpəz” “Turan Tovuz”u qəbul edəcək. Bu komandaların ilk oyununda Tovuz təmsilçisi 1:0 hesabıyla qalib gəlib.
Sonuncu görüşü isə “Qəbələ” ilə “Sabah” arasında keçiriləcək. Tərəflər ilk oyundan qolsuz bərabərliklə ayrılıblar.
Daha öncə “Zirə” və “Qarabağ” yarımfinala vəsiqəni təmin ediblər.
Azərbaycan Kuboku
1/4 finalın cavab oyunları
5 mart
"Cebheinfo.az"