AZ

Azərbaycan Kubokunda 1/4 finala yekun vurulur

Yazını böyüt
Yazını kiçilt

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yekun vurulacaq.

Hafta.az xəbər verir ki, günün ilk matçında “Kəpəz” “Turan Tovuz”u qəbul edəcək. Yevlax şəhər stadionunda gerçəkləşəcək qarşılaşma saat 14:30-da start götürəcək. Komandalar arasında keçirilmiş ilk oyunda Tovuz klubu 1:0 hesabı ilə qələbə qazanıb.

Sonuncu görüşdə “Sabah” “Qəbələ”nin qonağı olacaq. Qəbələ şəhər stadionunda təşkil olunacaq oyun saat 18:00-da başlayacaq. İlk qarşılaşmada qapılara qol vurulmayıb.

Qeyd edək ki, daha əvvəl “Zirə” və “Qarabağ” yarımfinala vəsiqə qazanıb.

Seçilən
53
3
hafta.az

4Mənbələr