Azərbaycan Dillər Universiteti (ADU) müxtəlif təyinatlı işlər üzrə bir sıra malların alınmasına və əlaqədar xidmətlərə 103 786 AZN xərcləyəcək.
Pravda.az-ın xəbərinə görə, satışı “Qardaşlar Mebel” QSC edəcək.
ADU və QSC arasında bağlanan müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməyib. Hansı malların da alınacağı məlum deyil.
Cabir
Tarix: 5 Mart 2026, 11:27