AZ

Xəzər rayonunda “Albalılıq elektrik avtobus deposu” istifadəyə verilib (FOTO)

Bakı.Trend:

“BakuBus” MMC tərəfindən paytaxtın Xəzər rayonunun Buzovnaqəsəbəsində “Albalılıq elektrik avtobus deposu” istifadəyəverilib.

Bu barədə Trend-ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən(AYNA) məlumat verilib.

Bildirilib ki, 4,3 hektar ərazini əhatə edən yeni avtobusparkının tikintisinə 2025-ci ilin iyul ayında başlanılıb. Parkınərazisində inzibati bina, müasir yuma kompleksi, təmir mərkəzifəaliyyət göstərir. Depoda 2025-ci ildə Azərbaycanda istehsaledilən 167 ədəd “BYD” markalı tam elektrik mühərrikli avtobusaxidmət göstəriləcək.

Avtobusların 48 ədədi 77, 102 ədədi isə 81 nəfərlik sərnişintutumuna malikdir. Nəqliyyat vasitələrinin fasiləsiz fəaliyyətinitəmin etmək məqsədilə 42 ədəd 240 kVt gücünə malik enerjidoldurmacihazı quraşdırılıb. Sözügedən avadanlıq həddindən artıq gərginlik,cərəyan, faza itkisi və digər risklərə qarşı çoxsaylı mühafizəfunksiyaları ilə təchiz edilib.

Yeni avtobuslar 8 qəsəbə və 1 kənd üzrə – Mərdəkan, Şüvəlan,Bilgəh, Buzovna, Qala, Maştağa, Ramana və Nardaran qəsəbələri,eləcə də Məmmədli kəndini “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi iləəlaqələndirəcək.

Avtobusların gündəlik təmizliyinin təmin edilməsi məqsədiləyaradılan müasir yuma məntəqəsi eyni vaxtda 2 avtobusa xidmətgöstərir və proses 4 dəqiqə ərzində tamamlanır. Kompleksdə ekolojitələblərə xüsusi diqqət yetirilir, istifadə olunan suyun 85 faizitəmizlənərək təkrar dövriyyəyə qaytarılır. Təmir mərkəzində texnikixidmətin operativ təşkili məqsədilə yağlama və çilingər işləri üçün8, qəza təmiri və boyama işləri üçün isə 7 boks fəaliyyət göstərir.Yeni avtobus parkının istifadəyə verilməsi yalnız paytaxtınnəqliyyat sisteminin modernləşdirilməsinə deyil, eyni zamandaölkənin iqtisadi və sosial inkişafına da mühüm töhfə verir. Layihəçərçivəsində 365 sürücü, 78 nəfər inzibati və texniki heyət olmaqlaümumilikdə 443 nəfər daimi işlə təmin edilir.

Qeyd edək ki, “BakuBus” tərəfindən 2024-cü ildə 160, 2025 və2026-cı illərdə isə 200 elektrikli avtobus alınıb. Cari il ərzindəəlavə 169 avtobusun alınması nəzərdə tutulur. Eyni zamanda, özəldaşıyıcılar tərəfindən də ekoloji təmiz elektrikli avtobuslarınalınması həyata keçirilir. Bütün bu tədbirlər nəticəsində isə yaxınzamanlarda Bakıda yalnız ekoloji təmiz nəqliyyat vasitələrininxidmət göstərməsi təmin ediləcək.

Xəzər
Xəzər
Xəzər
Xəzər
Xəzər
Məqalədə:
Seçilən
156
15
az.trend.az

10Mənbələr