AZ

AVCİYA yeni layihəyə START VERİR

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) nəzdində Qərbi Azərbaycan Araşdırmaları Mərkəzi yaradılıb.

Musavat.com xəbər verir ki, Azərbaycan QHT sektorunda özünəməxsus yeri olan AVCİYA yarandığı gündən onlarla böyük layihə gerçəkləşdirib.

Assosiasyanın nəşr etdiyi kitablarda işğal altında olan bölgələrimizin tarixi, respublikamıza dətən maddi ziyanın həcmi araşdırılıb. “Xocalı soyqırımı: milyon imza, bir tələb” aksiyası çərçivəsində bir milyon Azərbaycan vətəndaşının imzası kitab halında çap etdirilərək qabaqcıl dünya ölkələrinin parlamentlərinə və kitabxanalarına, universitetlərinə göndərilib, BMT, ATƏT, AŞPA, Beynəlxalq Cinayət Məhkəməsinə təqdim olunub.

AVCİYA-nın həyata keçirdiyi “Sərsəng harayı” adlı genişmiqyaslı layihə çərçivəsində Sərsəng su anbarının siyasi və iqtisadi əhəmiyyəti barədə Azərbaycan və dünya ictimaiyyəti mütəmadi olaraq məlumatlandırılıb. AŞPA-da 2085 (2016) saylı “Azərbaycanın cəbhəyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” qətnaməsinin qəbul edilməsi də bu layihənin əsas nailiyyətlərdən biri olub.

AVCİYA 2016-cı ildə “Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə” ABŞ Prezident Administrasiyasına ünvanlandığı petisiya sayəsində Azərbaycanın haqq səsinin bütün dünyaya çatdırılmasına öz töhfəsini verib.

44 günlük Vətən müharibəsindəki Zəfərimizdən sonra regionda və dünyada yaranmış yeni siyasi reallıqlar Qərbi Azərbaycan mövzusunu yenidən gündəmə gətirib.

AVCİYA nəzdində fəaliyyət göstərən Qərbi Azərbaycan Araşdırmaları Mərkəzində gerçəkləşdiriləcək layihələrlə bağlı ictimaiyyət mütəmadi olaraq məlumatlandırılacaq.

Seçilən
87
musavat.com

1Mənbələr